Sabah Sumqayıtda Heydər Əliyevin xatirəsinə həsr olunan kikboksinq (K-1 stil) üzrə peşəkarlararası beynəlxalq turniri keçiriləcək.
Sportarena.az xəbər verir ki, yarışdan öncə idmançıların çəki ölçmə mərasimində gərginlik baş verib. Belə ki, azərbaycanlı idmançı Nahid Əsədov gürcü rəqibi Beka Giorgadze ilə görüşdən öncə bir-birini itələyib. Son anda ətrafdakılar müdaxilə edərək davanın baş verməsinin qarşısını alıb.
Videonu Kikboksinq Federasiyasının Sumqayıt Regional Klubunun prezidenti Ədalət Şükürov paylaşıb və bunları yazıb:
"Sabaha kimi dözə bilmir. Əsədov deyəsən sabah yaxşı döyüş olacaq". (Baku.ws)