Avropa Liqasının pley-off mərhələsində keçirilən ilk oyunlardan sonra UEFA reytinqi açıqlanıb.
Sportarena.az xəbər verir ki, son 5 mövsümə əsasən hesablanan reytinq cədvəlində Azərbaycan 17.625 xalla 22-ci pillədə qərarlaşıb. Bununla da ölkəmiz mövqeyini qoruyub. Təmsilçilərimizin bu mövsümkü qazancı 2.875-dir. "Qarabağ" 1.125, artıq mübarizəni dayandıran klublarımızdan "İnter" 0.750, "Zirə" 0.625, "Qəbələ" 0.375 xal əldə edib.
Keçirilən matçlar cədvəldə iki dəyişikliyə səbəb olub. səbəb olub. İsveç 24-cü pilləni əldən verib. Bu mövqeyə isə Bolqarıstan sahib çıxıb. Finlandiya isə 37-ci yeri tərk edib. Şimallılar mövqeyini Makedoniyaya təhvil verib.
Qeyd edək ki, Azərbaycandan 1 pillə irəlidə - 21-ci yerdə olan Rumıniyanın 18.650 xalı var.