Azərbaycan - San Marino matçının stadionu dəyişdirildi

17:15 18 Avqust 2017

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də Bakıda keçiriləcək Azərbaycan - San Marino oyununun stadionu dəyişdirilib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşmanın əvvəlcə Bakı Olimpiya stadionunda keçirilməsi nəzərdə tutulmuşdu. Federasiya 8-ci km stadionunda Avropa Liqası turnirinin qrup mərhələsinin oyunlarının keçirilməyəcəyini, 4-cü İslam Həmrəyliyi Oyunlarından sonra Bakı Olimpiya stadionunda Azərbaycan milli komandasının oyunu üçün hazırlıq prosesinin tam yekunlaşmadığını nəzərə alaraq, qarşılaşmanın 8-ci km stadionunda təşkil olunması ilə əlaqədar UEFA-ya müraciət edib və müsbət cavab alıb. 

 

Azərbaycan - San Mariono oyunu üçün Bakı Olimpiya stadionuna bilet almış şəxslər 28 Mall alış-veriş mərkəzindəki bilet satışı məntəqəsində biletlərini dəyişə bilərlər.


Digər xəbərlər

Xəbər xətti