Fransada bu həftə baş tutacaq yüksək liqa və ikinci divizion oyunları bir dəqiqəlik sükutla başlayacaq.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Liqa 1-in mətbuat xidməti yayıb. Oyunların sükutla başlamasına səbəb, dünən Barselonada baş vermiş terror hadisəsidi. Belə ki, Kataloniya paytaxtında mikroavtobusun turistlərin üstünə sürülməsi nəticəsində, rəsmi məlumata görə, 13 nəfər ölüb, 50 nəfər xəsarət alıb. Terror aktını İŞİD öz üzərinə götürüb.
Xatırladaq ki, bu həftə Liqa 1-də 3-cü, Liqa 2-də isə 4-cü turun oyunları keçiriləcək.