İngiltərənin "Tottenhem" klubu növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Hollandiyanın "Ayaks" klubunun müdafiəçisi Davinson Sançesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı kolumbiyalı futbolçu yeni klubu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalayıb.
Bu transfer üçün "Tottenhem" ümumilikdə 42 milyon avro təzminat ödəyəcək. Bu isə klub tarixinin ən bahalı transferidi.
Qeyd edək ki, Sançes "Atletiko Nasional"ın yetirməsidi. 2016-cı ildən isə o, "Ayaks"da çıxış edirdi.