Futbol üzrə Latviya birinci liqasında 16-cı turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "RTU/Skonto Academy" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1. Start heyətdə meydana çıxan Vüqar 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının qollarından birinə də məhz futbolçumuz imza atıb. Belə ki, 82-ci dəqiqədə o, matçın yekun nəticəsini müəyyənləşdirən qolu vurub. Bu, onun cari mövsümdə vurduğu 13-cü qol olub.
"Olayne" 16 turdan sonra 32 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.