Əliyar Ağayev cəzalandırıldı

11:32 22 Avqust 2017

Əliyar Ağayev Topaz Premyer Liqasının növbəti 3 turunu buraxacaq.

 

Sportarena.az xəbər verir ki, buna səbəb FİFA referisinin II turda buraxdığı səhvlərə görə cəzalanmasıdı.

 

Qəbələdə eyni adlı komandanın “Sumqayıt”la görüşündə xətalara yol verən Ağayev bir də ən yaxşı halda VI turda oyunlara təyinat alacaq. O, sözügedən qarşılaşmada “Qəbələ” oyunçularının bir neçə epizodda aşkar kobudluğa məruz qalmağına baxmayaraq, davam işarəsi verimşdi. (futbol11.az)


Digər xəbərlər

Xəbər xətti