Türkiyənin “Antalyaspor” klubu növbəti transferini rəsmiləşdirib.
Sportarena.az xəbər verir ki, Super Liqa təmsilçisini İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Samir Nəsrini heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 30 yaşlı fransız yarımmüdafiəçi yeni klubu ilə 2 illik müqavilə imzalayıb.