"Milan" növbəti transferini rəsmiləşdirməyə hazırlaşır.
Sportarena.az xəbər verir ki, A Seriyası təmsilçisi xorvatiyalı hücumçusu Nikola Kaliniçi heyətinə qatır. Bu barədə klubun rəsmi saytında xəbər verilib. Onun tezliklə Milana gəlib tibbi müayinədən keçəcəyi və rəsmi müqaviləyə imza atacağı elan edilib.
Qeyd edək ki, Kaliniç 2015-ci ildən İtaliyada çıxış edir. O, "Fiorentina"nın şərəfini qoruyurdu.