DÇ-2018-in seçmə mərhələsində millimizin rəqibi olan Norveç yığmasının baş məşqçisi Lars Laqerbek açıqlama verib.
Sportarena.az xəbər verir ki, Laqerbek Azərbaycan millisini yaxşı komanda kimi xarakterizə edib:
“Azərbaycan millisini qiymətləndirməmək olmaz. Rəqibimiz FİFA-nın reytinqində son illərdə 60 pillə irəliləyən komandadı. Azərbaycan millisinin yaxşı heyəti var. Heyətlərindəki oyunçuların əksəriyyəti Çempionlar Liqasının qrup mərhələsinin bir addımlığında olan “Qarabağ”da çıxış edir. Bizim üçün asan olmayacaq. Qalib gəlmək məcburiyyətindəyik. Heyətimizdə gənc oyunçular var. Bir çox futbolçumuz oyun praktikasından əziyyət çəkir. Amma komandamız yaxşı gələcək vəd edir".