Türkiyə yığmasının sabiq qapıçısı Ömər Çatkıç həbs edilib.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Belə ki, barəsində araşdırma aparılan 43 yaşlı veteran futbolçunun Fətullahçı Terror Təşkilatının (FETÖ) “ByLock” kömpüter proqramının istifadəçisi olduğu üzə çıxıb. Bundan sonra o, İstanbul Polis İdarəsinə gətirilib və evində axtarış aparılıb.
Ömər Çatkıç 2000-2005-ci illərdə Türkiyə yığmasının heyətində 19 oyun keçirib. O, karyerası ərzində vətənində “Əskişəhərspor”, “Qaziantepspor”, “Gənclərbirliyi”, “Bursaspor” və “Antalyaspor”un formasını geyinib.
Qeyd edək ki, sabiq qolkiper hazırda telekanallardan birində şərhçi kimi çalışırdı.