UEFA-nın rəsmi saytı Çempionlar Liqasının pley-off mərhələsinin cavab matçlarından əvvəl material hazırlayıb.
Sportarena.az xəbər verir ki, yazıda “Kopenhagen” - “Qarabağ” cütü barədə də qeydlər yer alıb. UEFA-nın saytında Bakıdakı ilk qarşılaşmada 1:0 hesablı qələbə qazanan “Qarabağ”ın qrupa vəsiqə qazanmağa şansının çox olduğu qeyd edilib:
“Qarabağ”ı Azərbaycanın Çempionlar Liqasının qrupundakı ilk klubu olmağın bir addımlığındadı. Bu vaxta kimi turnirin əsas mərhələsinə UEFA-nın 55 üzvündən 32-nin təmsilçisi qatılıb”.