"Qarabağ" Kopenhagendə son məşqinə çıxacaq

17:47 22 Avqust 2017

"Qarabağ" Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen"lə cavab oyunu öncəsi bu gün son məşqinə çıxacaq.

 

Sportarena.az xəbər verir ki, komanda Bakı vaxtı ilə  saat 21:30-da  qarşılaşmanın keçiriləcəyi "Parken" stadionunda məşq edəcək.

 

Qeyd edək ki, "Kopenhagen” – “Qarabağ” matçı sabah saat 22:45-də  (Bakı vaxtı ilə) başlayacaq. Bu komandalar arasında ilk görüşdə Ağdam klubu 1:0 hesabı ilə qalib gəlib.

 


Digər xəbərlər

Xəbər xətti