Tahir Gözəl: "Futbolçularımıza və baş məşqçimizə inanıram"

11:00 23 Avqust 2017

Azərbaycan çempionu "Qarabağ" UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində sabah səfərdə Danimarkanın "Kopenhagen" klubu ilə cavab matçına çıxacaq.

 

Sportarena.az xəbər verir ki, bu gün Ağdam təmsilçisinin düşərgəsində sürpriz ziyarət baş tutub. Klubun vitse-prezidenti Tahir Gözəl futbolçulara dəstək olmaq üçün Kopenhagenə gəlib və oyunöncəsi son məşqi stadiondan canlı izləyib. Tahir Gözəl qarşılaşma haqda öz fikirlərini klub saytına açıqlayıb:

 

"Kopenhagen”lə oyunu nəinki “Qarabağ”, bütün Azərbaycan üçün ən önəmli qarşılaşma adlandırmaq olar. Hamımız qarşılaşmanın nə qədər vacib olduğunun fərqindəyik. "Qarabağ" Azərbaycan futbolunda bir sıra ilklərə imza atıb və həmin nailiyyətlərinin zirvəsindəyik. Sabah həmin ilklərə daha birini əlavə etmək istəyirik. 40 minlik stadion dolu olacaq, bu da "Qarabağ"ın gücünü, nə qədər ciddi rəqib olduğunu göstərir. İnanırıq ki, zəfər bizim yanımızda olacaq. Komandaya dəstək olmaq üçün buraya gəldim. Futbolçularımıza və baş məşqçimizə inanıram".


Digər xəbərlər

Xəbər xətti