"Qarabağ" şanlı tarix yazdı - YENİLƏNİB

00:36 24 Avqust 2017

Bu gün Çempionlar Liqasının pley-off mərhələsinə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirindəki təmsilçimiz “Qarabağ” bu gün tarix yazıb. Belə ki, evdə rəqibini 1:0 hesabı ilə məğlub edən Ağdam təmsilçisi “Kopenhagen”lə səfər oyunundan sərfəli nəticə ilə ayrılaraq, Azərbaycan futbol tarixində ilk dəfə ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb.

 

Görüş Bakı vaxtıyla saat 22:45-də start götürəcək.

 

Çempionlar Liqası: Pley-off mərhələsi, cavab oyunu

23 avqust

22:45 Kopenhagen (Danimarka) - Qarabağ 2:1 (İlk oyun - 0:1)

Qol: Federiko Santander, 45+1. Andriya Pavloviç, 65 - Dino Ndlovu, 64.
Hakimlər: Alberto Undiano Mallenko, Roberto Alonso Fernandes, Raul Kabanyero Martines, Dieqo Barbero Sevilya (hamısı İspaniya) 
Əlavə köməkçi hakimlər: Alexandro Xose Ernandes, Xose Mariya Sançes Martines 
Hakim-inspektor: Alfredo Trentalanqe (İtaliya) 
UEFA nümayəndəsi: Alan Makri (Şotlandiya) 
Kopenhagen. “Parken” stadionu

 

 

Kopenhagen: 25. Robin Olsen  3. Pyer Benqtsson,, 6. Uilyam Kvist (k), 7. Benjamin Verbiç,  9. Federiko Santander, 11. Andriya Pavloviç,  16. Yan Qrequs, 17. Kasper Kusk, 20. Nikolay Boylesen, 22. Peter Ankersen, 27. Mixael Lüftner

 

Ehtiyat oyunçular: 1. Stefan Andersen, 8. Uroş Matiç, 14. Nikolay Tomsen, 15. Mikael Antonsson,  24. Yussef Tutu, 28. Pieros Sotiriou, 32. Danni Amankva

 

Qarabağ: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k),  8. Miçel,  9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Gerrye,  20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jezniçak, 55. Bədavi Hüseynov

 

Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev,  14 Rəşad Sadıqov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 32. Elvin Yunuszadə, 91. Coşqun Diniyev


Digər xəbərlər

Xəbər xətti