Prosineçki millinin heyətini açıqladı

15:18 23 Avqust 2017

Azərbaycan millisinin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçlə səfər və San Marino ilə ev oyunu üçün heyəti açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, yığmamızın baş məşqçisi Robert Prosineçki 25 futbolçuya dəvət göndərib. 

 

Xatırladaq ki, millimiz seçmə mərhələ çərçivəsində sentyabrın 1-də Oslo şəhərində Norveç, sentyabrın 4-də isə Bakıda San Marino yığması ilə qarşılaşacaq.

 

Kamran Ağayev ("Mlada Boleslav", Çexiya), Anar Nəzirov (Zirə), Səlahət Ağayev (Neftçi), Tərlan Quliyev (İnter), Bədavi Hüseynov (Qarabağ), Rəşad Sadıqov (Qarabağ), Maksim Medvedev (Qarabağ), Pavel Paşayev ("Aleksandriya", Ukrayna), Maqomed Mirzabekov (Neftçi), Ürfan Abbasov (Qəbələ), Ruslan Abışov (Neftçi), Rahid Əmirquliyev (Qarabağ), Qara Qarayev (Qarabağ), Dmitri Nazarov ("Aue", Almaniya), Təmkin Xəlilzadə (Zirə), Mahir Mədətov (Qarabağ), Cavid Hüseynov (Qəbələ), Araz Abdullayev ("Anortosis", Kipr), Əfran İsmayılov (Qarabağ), Riçard Almeyda (Qarabağ), Ağabala Ramazanov (Qarabağ), Ruslan Qurbanov (Qəbələ), Namik Ələskərov (Neftçi), Ramil Şeydayev ("Jilina", Slovakiya), Renat Dadaşov ("Ayntraxt", Almaniya).


Digər xəbərlər

Xəbər xətti