Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşü çərçivəsində "Qarabağ" "Kopenhagen"in qonağı olacaq.
Sportarena.az xəbər verir ki, sosial şəbəkələrdə "Qarabağ"ın oyunu ilə yaşayır. İnsanlar mərc edirlər, arzularını, əhdlərini #qarabağqrupadüşsə haştaqı ilə bildirirlər. Şirkətlər müxtəlif kampaniyalar keçirir, hədiyyələr vəd edirlər
Ən diqqət çəkən paylaşım isə Bakı Olimpiya Stadionun rəsmi "Facebook" səhifəsində edilib. Ölkənin ən böyük arenası "Qarabağ" ÇL-in qrup mərhələsinə vəsiqə qazanacağı təqdirdə, ev oyunlarının bu stadionda keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildiriblər.