"Qarabağ"ın Çempionlar Liqasında səbəti müəyyənləşdi

04:54 24 Avqust 2017

Futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan komandaların püşkatma zamanı yer alacağı səbətlər bəlli olub.

 

Sportarena.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin əsas mərhələsinə vəsiqə qazanan 32 komandanın hər birinin səbəti artıq bəllidi. Azərbaycan futbolu tarixində ilkə imza ataraq ÇL-in qrup mərhələsində oynamaq hüququ qazanan “Qarabağ”ın da səbəti müəyyənləşib. Ağdam klubu sonuncu - 4-cü səbətdə yer alacaq.

 

Qeyd edək ki, ÇL-in qrup mərhələsinin püşkatma mərasimi bu gün - avqustun 24-də təşkil olunacaq.

 

Çempionlar Liqasının qrup mərhələsinin səbətləri

1-ci səbət
“Real”, “Bavariya”, “Çelsi”, “Yuventus”, “Benfika”, “Monako”, “Spartak” (Moskva), “Şaxtyor”

 

2-ci səbət
“Barselona”, “Atletiko”, PSJ, “Borussiya” (Dortmund), “Sevilya”, “Mançester Siti”, “Porto”, “Mançester Yunayted”

 

3-cü səbət
“Napoli”, “Tottenhem”, “Bazel”, “Olimpiakos”, “Anderlext”, “Roma”, “Beşiktaş”, “Liverpul”

4-cü səbət

“Seltik”, “Qarabağ”, APOEL, “Sportinq”, ÇSKA (Moskva), “Feyenoord”, “Maribor”, “Leypsiq”


Digər xəbərlər

Xəbər xətti