Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların UEFA reytinqi açıqlanıb.
Sportarena.az xəbər verir ki, son 5 mövsümün nəticələrinin əksini tapdığı siyahıda ÇL-in qrup mərhələsinə yüksələn "Qarabağ" 8 pillə irəliləyib. 8.500 xalı olan Ağdam təmsilçisi 67-ci pillədə qərarlaşıb.
"Qarabağ" “Milan”, “Betis”, “Real-Sosyedad”, BATE, “Trabzonspor”, “Yanq Boyz” , Zaqreb “Dinamo”su və “Slovan”ı arxada qoyub.