Qurban Qurbanov ÇL-in zirvəsində - UEFA açıqladı

15:20 24 Avqust 2017

UEFA Çempionlar Liqasının cari mövsümündə iştirak edən klublarda ən uzun müddət çalışan məşqçilərin siyahısını açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, "Arsenal"ın ÇL-dən kənarda qalması ilə 20 ildən sonra ilk dəfə turnirdə çıxış etməyən Arsen Venger siyahıda yer almayıb. Qrup mərhələsində iştirak edəcək 32 klub arasında rekord "Qarabağ"ın çalışdırıcısı Qurban Qurbanova məxsusdur. Ağdam klubunun baş məşqçisi “Atletiko”nu çalışdıran Dieqo Simeoneni geridə qoyub.

 

Argentinalı mütəxəssis 2011-ci ildən Madrid təmsilçisini çalışdırır. Qurbanov isə 2008-ci ildən "Qarabağ"ın "sükanı arxası"ndadır. 3-cü yerdə “Tottenhem”in çalışdırıcısı Maurisio Poçettinodu. Poçettino həmyerlisi - Simeonedən 3 il geri qalır.

 
İlk altı pilləni təqdim edirik:

Qurban Qurbanov (Qarabağ) - 4 avqust 2008-ci il 
Dieqo Simeone (Atletiko) - 23 dekabr 2011-ci il
Maurisio Poçettino (Tottenhem) - 27 may, 2014-cü il
Leonardo Jardim (Monako) - 10 iyun, 2014-cü il
Massimiliano Alleqri (Yuventus) - 16 iyul, 2014-cü il
Maurisio Sarri (Napoli) - 12 iyun, 2015-ci il


Digər xəbərlər

Xəbər xətti