“Qarabağ” rəsmisi türkiyəlilərə səsləndi - "Qrupdakı oyunlarımızda da onlardan dəstək gözləyirik"

11:05 25 Avqust 2017

“Qarabağ”ın meneceri Asif Əsgərov Türkiyənin “Anadolu Agentliyi”nə açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, Ağdam klubunun rəsmisi qrup mərhələsinin səfər oyunlarında türkiyəli azarkeşlərdən də dəstək gözlədiklərini deyib:

 

“Türkiyədəki qardaşlarımıza səslənirəm, hamısına təşəkkür edirəm. Avrokuboklardakı səfər oyunlarında bizi dəstəksiz qoymurlar. “Kopenhagen”lə səfər matçına da çoxlu türkiyəli qardaşımız gəlmişdi. “İki dövlət, bir millət” olduğumuzu hər yerdə sübut edirik. Qrupdakı oyunlarımızda da onlardan dəstək gözləyirik. Sağ olsunlar, bu vaxta qədər bizi dəstəkləyiblər. Qarşıdakı 3 görüşdə də bunu davam etdirəcəklərinə inanıram. İnşallah, biz də onları sevindirməyə çalışacağıq”.

 

Əsgərov həmçinin “Qarabağ”ın tarixi uğuru barədə də danışıb:

 

“Hədəfimiz Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi. Hazırda bunun sevincini yaşayırıq. Qrupda “Atletiko”, “Çelsi” və “Roma” ilə qarşılaşacağıq. Bu komandaların adlarını eşidəndə adam həyəcanlanır. Bacardığımız qədər Azərbaycanı, klubumuzu daha yaxşı yerlərə aparmağa çalışacağıq”.

 

"Qarabağ" rəsmisi sonda Türkiyənin qitənin ən nüfuzlu klub turnirindəki təmsilçisi "Beşiktaş"a da uğur arzulayıb.


Digər xəbərlər

Xəbər xətti