Türkiyə mətbuatı “Qarabağ”dan yazdı - “Müharibənin uşaqları futbolla yüksəldi”

17:14 25 Avqust 2017

Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanaraq Azərbaycan futbolunda yeni tarix yazan “Qarabağ” dünya mətbuatının diqqət mərkəzindədi.

 

Sportarena.az xəbər verir ki, Türkiyənin “Sabah” qəzeti təmsilçimiz barədə kiçik yazı hazırlayıb. “Müharibənin uşaqları futbolla yüksəldi” başlığıyla verilmiş yazıda Ağdam klubunun vitse-prezidenti Tahir Gözəlin fikirlərinə yer verilib.

 

Gözəl açıqlamasında uğurlarının sirri kimi səbr və əzmkarlığı göstərib:

 

“Klubumuz “Qarabağ”la yanaşı, digər Azərbaycan komandaları və milli son illərdə yüksəlişdə idi. Bugünkü səviyyəyə çatmağımızın əsas sirri səbr və əzmkarlıqdı”.

 

Məqalədə Ağdam şəhəri işğal olunduğundan komandanın uzun müddətdi ev oyunlarını Bakıda keçirdiyindən də bəhs edilib. İşğal dövründə kiçik uşaq olan Qara Qarayevin bu gün komandanın əsas üzvlərindən biri olduğu da qeyd edilib.

 

Yazıda həmçinin, Qurban Qurbanovun 2012-ci ildə “Barselona”nın məşqlərinə qatılaraq Xosep Qvardiolanın işiylə yaxından tanış olduğu, “Qarabağ”ın da göstərdiyi oyuna görə “Qafqazın “Barselona”sı adlandırıldığı vurğulanıb.

 

Xatırladaq ki, “Qarabağ” Çempionlar Liqasının qrup mərhəlsində “Çelsi”, “Atletiko” və “Roma” ilə mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti