“Qarabağ” ÇL-də hamıdan çox məsafə qət edəcək

12:34 26 Avqust 2017

“Qarabağ” ölkəmizi ilk dəfə olaraq Çempionlar Liqasının qrup mərhələsində təmsil edəcək.

 

Sportarena.az xəbər verir ki, təmsilçimiz qrup oyunları zamanı səfər matçlarına ən çox məsafə qət edəcək klub olacaq. “Qarabağ” ümumilikdə 10 min 941 km yol gedəcək. Ən az məsafəni isə “Anderlext” gedəcək. Belçika təmsilçisi “Qarabağ”dan 7 dəfə az yol getməli olacaq - 1664 km.

 

“Köhlən atlar”dan sonra ən uzun məsafəyə səfər edəcək komanda Kipr təmsilçisi APOEL-dir. Bu klub 9263 km yol qət edəcək. Üçüncü sırada isə Moskva ÇSKA-sı yer alıb - 8699 km.

 

Qeyd edək ki, “Qarabağ” C qrupunda “Çelsi”, “Atletiko Madrid” və “Roma” ilə mübarizə aparacaq.


Digər xəbərlər

Xəbər xətti