Kontenin Azərbaycana gəlmək dərdi - “Uzun səfər olacaq"

15:37 26 Avqust 2017

Çempionlar Liqasında “Qarabağ”la bir qrupda mübarizə aparacaq “Çelsi”nin baş məşqçisi Antonio Konte püşkü dəyərləndirib.

 

Sportarena.az xəbər verir ki, Konte İngiltərə mətbuatına açıqlamasında çətin qrupa düşkdüklərini deyib:

 

“Çətin qrupa düşmüşük. Lakin bu cür yüksək səviyyəli turnirdə mübarizə aparırsansa, Avropanın ən yaxşı komandaları ilə oyunlara hazır olmalısan. Belə məqamda hansısa qrupun yaxşı, başqasının isə pis olduğunu demək çətindi. Sadəcə, bu qarşılaşmalarda ən yaxşı oyunumuzu sərgiləməliyik”.

 

İtalyan mütəxəssis “Qarabağ”la bağlı fikir bildirərkən, İtaliya millisinin “sükanı arxasında” olarkən AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində Azərbaycan yığması ilə oyun üçün Bakıya səfəri xatırlayıb:

 

“Uzun səfər olacaq. Millidə çalışdığım zaman Avropa çempionatının seçmə mərhələsində Azərbaycan millisi ilə qarşılaşmışdıq, çox uzun səfər olduğunu xatırlayıram. Ancaq biz bu vəziyyətlə üzləşməliyik və bunu edəcəyik”.

 

Xatırladaq ki, “Qarabağ” qrup mərhələsində ilk oyununu sentyabrın 12-də, səfərdə “Çelsi”yə qarşı keçirəcək. Bu komandalar arasında Bakıdakı matç isə noyabrın 22-də baş tutacaq.


Digər xəbərlər

Xəbər xətti