Hakerlər Messini "Real"a "transfer" etdilər - FOTO

15:58 26 Avqust 2017

"Barselona"dan sonra "Real" da hakerlərin qurbanı olub. 

 

Sportarena.az xəbər verir ki, kibercinayətkarlar Kataloniya klubunun ardınca Madrid təmsilçisinin də sosial media hesabını ələ keçirib.

 

Hakerlər "Barselona"nın "Twitter" hesabına PSJ-nin ulduzu Angel Di Mariyanın transfer olunması ilə bağlı açıqlama yerləşdirmişdi. OurMine adlı haker qrupu isə Lionel Messini "Real"a "transfer edib". Onlar hətta argentinalı ulduzun ötən mövsüm "Santyaqo Bernabeu"da "Kral Klubu"na vurduğu son qolun videosunu da paylaşıb.

 


Digər xəbərlər

Xəbər xətti