Bütün dünyanın gözlədiyi döyüş baş tutdu - VİDEO

11:40 27 Avqust 2017

ABŞ-ın Las-Veqas şəhərində amerikalı kiçik Floyd Meyvezer karyerasının son döyüşünə çıxıb.

 

Sportarena.az xəbər verir ki, 5 çəki dərəcəsində dünya çempionu olmuş 40 yaşlı boksçu irlandiyalı Konor Makqreqorla qarşılaşıb. Bu görüş peşəkar rinqdə debüt döyüşünə çıxan MMA döyüşçüsü və UFC çempionu, 29 yaşlı Makqreqor üçün uğurlu alınmayıb.

 

Döyüş başdan sona qədər Meyvezerin üstünlüyü ilə keçib. O, 10-cu raundda rəqibinə arıdıcıl zərbələr endirən zaman hakim görüşü dayandırıb və texniki nokautla qalib gəlib.

 

Karyerasında 50-ci qələbəsini qazanan Floyd Meyvezer, döyüşdən sonra karyerasını bitirdiyini açıqlayıb.

 


Digər xəbərlər

Xəbər xətti