2021-ci il Konfederasiyalar kubokunun əvəzinə klublarası dünya çempionatı keçirilə bilər.
Sportarena.az xəbər verir ki, artıq FİFA Zvonimir Bobabın rəhbərlik etdiyi təşkilati işlər üzrə şöbəyə layihənin hazırlanması ilə bağlı tapşırıq verib.
İyunun 2-ci yarısında keçiriləcək turnirdə 24 komanda çıxış edəcək. Onlardan 12-si Avropanı, 5-i Cənubi Amerikanı, 2-si isə Asiya, Afrika və Şimali Amerikanı təmsil edəcək. Daha bir komanda Okenaiyadan ola bilər. Komandalar hər biri 3 olmaqla 8 qrupda mübarizə aparacaq. Avropanın 12 klubu arasında son 4 çempionlar liqasının qalibi , 4 finalçısı və 4 ən yüksək reytinqə malik komandası yer alacaq.
Turnirin 4 ildən bir keçirilməsi planlaşdırılır.