21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq İsrail - Azərbaycan oyunun hakimləri bəlli olub.
Sportarena.az xəbər verir ki, matç rumıniyalı hakimlər briqadasına həvalə olunub. Qarşılaşmanın baş hakimi Katalin Qaman olacaq. Ona həmyerliləri Mirça Qriqoriu və Marius Nikoara kömək edəcəklər. Matçda dördüncü hakim funksiyasını isə Katalin Popa yerinə yetirəcək.
Qeyd edək ki, İsrail - Azərbaycan oyunu avqustun 31-də, saat 20:30-da başlayacaq.