"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi "Zenit"in müdafiəçisi Netonu heyətinə cəlb edib. Portuqaliyalı müdafiəçi 1 illik icarəyə götürülüb. İcarə qiyməti 500 min avrodu. 1 ildən sonra "Fənərbaxça" 3 milyon avro ödəyib futbolçunu birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Neto "Zenit"ə 2013-cü ildə İtaliyanın "Siena" klubundan 6,5 milyon avroya transfer olmuşdu. O, Sankt Peterburq klubunun heyətində 105 qarşılaşmada meydana çıxıb.