“Liverpul” yeni transfer edib.
Sportarena.az xəbər verir ki, “qırmızılar” “Leyptsiq”in yarımmüdafiəçisi Nabi Keytanı heyətinə cəlb edib. Bu barədə məlumatı Almaniya mətbuatı yayıb. Xəbərdə “Liverpul”un 22 yaşlı futbolçu üçün 75 milyon avro ödədiyi qeyd edilib.
Klublar arasında anlaşmaya görə, Keyta yeni klubunun heyətinə gələn mövsüm qoşulacaq. O, “Liverpul”da vaxtilə klubun əfsanəsi Stiven Cerrardın da geyindiyi 8 nömrəli futbolkada çıxış edəcək.