“Qalatasaray”ın hücumçusu Sinan Gümüş karyerasını Almaniyada davam etdirməyə yaxındı.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Xəbərdə “cim-bom”un Gümüşün xidmətində maraqlı olmadığı qeyd edilib. 23 yaşlı futbolçunun xidmətində maraqlı olan klub isə Almaniya Bundesliqa təmsilçisi “Şalke”di. Helzenkirhen təmsilçisi Gümüşün transferi üçün 5,5 milyon avro ödəməyə hazırdı.
“Qalatasaray”ın Almaniya futbolunun yetirməsi olan hücumçunu milli komandaların oyunlarıyla bağlı yaranan fasilədə satacağı gözlənilir.