Yovetiç “Monako”da

18:37 29 Avqust 2017

“İnter”in hücumçusu Stevan Yovetiç karyerasını “Monako”da davam etdirəcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı “knyazlıq klubu”nun mətbuat xidməti yayıb. Xəbərdə monteneqrolu hücumçu ilə 4 illik müqavilə bağlandığı qeyd edilib. “Monako” 27 yaşlı futbolçu üçün 10 milyon avro ödəyib.

 

Xatırladaq ki, Yovetiç ötən mövsümü icarə əsasında “Sevilya”da çıxış edib. O, Əndəlus təmsilçisinin heyətində şans qazandığı 21 oyunda 6 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti