İtaliyanın "Napoli" klubunun sosial şəbəkələrdəki səhifələrində Azərbaycan və Bakı ilə bağlı maraqlı paylaşım edilib.
Sportarena.az xəbər verir ki, Neapol şəhərini təmsil edən klubun bir neçə fanatının Bakıda çəkilən fotosunu yayan "Napoli" nümayəndələri üç dildə (italyanca, ingiliscə və azərbaycanca) belə bir açıqlama da yazıblar:
"Azərbaycan, bizim yeni mövsüm üçün formamız və Bakı şəhərinin möhtəşəm Alov Qüllələri. Yeri gəlmişkən, Bakı və Neapolun qardaşlamış şəhərələr olduğunu bilirdinizmi?"
Qeyd edək ki, bu iki şəhər 1972-ci ildən qardaşlaşıblar.