“Monako” heyətini yeni futbolçuyla gücləndirib.
Sportarena.az xəbər verir ki, “knyazlıq klubu” “Latsio”nun hücumçusu Balde Keytanı heyətinə cəlb edib. Bu barədə məlumatı Liqa 1-in son çempionunun rəsmi saytı yayıb. 22 yaşlı futbolçuyla 5 illik müqavilə bağlanıb. “Monako” seneqallı hücumçunun transferi üçün Roma təmsilçisinə 30 milyon avro ödəyib.
Bu, “knyazlıq klubu”nun son 2 gündə 2-ci hücumçu transferidi. Klub dünən “İnter”in monteneqrolu hücumçusu Stevan Yovetiçi heyətinə cəlb etmişdi.
Xatırladaq ki, bir müddət öncə Keytanın “İnter”lə anlaşdığı barədə xəbərlər yayılmışdı.