Transfer çalışmalarını davam etdriən Türkiyənin "Qalatasaray" klubu heyətinə daha bir futbolçu cəlb edib.
Sportarena.az xəbər verir ki, İstanbul nəhəngi İngiltərənin "Mançester Siti" klubunun müdafiəçisi Ceyson Denayeri icarəyə götürüb. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Denayerin gələn yaya kimi "sarı-qırmızılar"ın uğurları üçün çalışacağı qeyd edilir. 22 yaşlı belçikalı futbolçunun özü və klubu ilə razılığa gələn "Qalatasaray" yeni futbolçusu ilə yaxın günlərdə icarə müqaviləsi imzalayacaq. Buna qədər isə onun tibbi baxışdan keçməsi gözlənilir.
Qeyd edək ki, 2015/16 mövsümündə də icarə əsasında "Qalatasaray"da oynayıb.