Bu gün 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində növbəti oyunlar keçiriləcək.
Sportarena.az xəbər verir ki, 5-ci qrupda yarışan Azərbaycan yığması ilk oyununa çıxacaq. Millimiz Akko şəhərindəki "Munisipal" stadionunda İsrail yığmasının qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.
AÇ-2019-un seçmə mərhələsi, 5-ci qrup. U-21
31 avqust
20:30 İsrail - Azərbaycan 3:1
Qol: Moti Barşazki, 12. Elyel Perez, 37. Maksim Plakuşçenko, 57 - Elnur Cəfərov, 70.
Qırmızı vərəqə: Neta Lavi, 24 (İsrail)
Hakimlər: Katalin Qaman, Mirçea Qriqoriu, Marius Nikoara, Katalin Popa
Akko. "Munisipal" stadionu
Azərbaycan: 12. Mustafa Kamal Özhitay, 2. Sərtan Taşkın, 4. Bəhlul Mustafazadə, 5. Sərkan Baloğlu, 8. Qismət Əliyev, 11. Ozan Can Kökçü, 13. Elgün Uluxanov, 14. Yusif Nəbiyev, 17. Əlibəy Məmmədli, 18. Onur Albayrak, 20. Eltun Turabov.
İsrail: 1. Hasar Hasson, 2. Yozef Raz Meyr, 3. Şey Pinyas Ben David, 4. Nir Bardea, 5. Amit Bitton, 6. Neta Lavi, 7. Maksim Plakuşçenko, 8. Elyel Perez, 9. Şon Zalman Vayssman, 11. Matan Hozez, 21. Moti Barşazki.