"Roma"nın futbol direktoru Ramon Monçi Çempionlar Liqasının C qrupundakı rəqibləri haqda danışıb.
Sportarena.az xəbər verir ki, klub rəsmisi çətin qrupa düşdüklərini bildirib:
"Çelsi” və “Atletiko” kimi möhkəm rəqiblərə qarşı oynamaq çox çətindi. Bu klublarlda müqayisədə “Qarabağ” o qədər də tanınmış komanda deyil. Onlar Çempionlar Liqasının debütantıdı. Məncə, bu qrupa düşməklə bəxtimiz gətirmədi”.
“Qarabağ” tarixində ilk dəfə vəsiqə qazandığı ÇL-in qrup mərhələsində “Çelsi”, “Atletiko” (Madrid) və “Roma” ilə mübarizə aparacaq.