"Fənərbaxça" gənc ulduzunu icarəyə verdi

15:35 31 Avqust 2017

“Fənərbaxça” yarımmüdafiəçisi Salih Uçanı İsveçrə Super Liqa təmsilçisi “Sion”a icarəyə verib.

 

Sportarena.az xəbər verir ki, müqaviləyə əsasən, gənc futbolçu bir il icarə əsasında İsveçrə klubunun şərəfini qoruyacaq. Bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

 

2012-ci ildən “Fənər”in üzvü olan Salih, 2014-2016-cı illərdə “Roma”da icarə əsasında çıxış etsə də, burda ümidləri doğrultmayaraq doğma klubuna qayıtmışdı. Ancaq İstanbul klubunun baş məşqisi Aykut Kocaman da 23 yaşlı futbolçuya ehtiyac görməyib.


Digər xəbərlər

Xəbər xətti