"Oyuna ciddi hazırlaşmışıq. Güclü təlim-məşq toplanışı keçmişik".
Sportarena.az xəbər verir ki, bunu Norveç milli komandasının və İtaliyanın "Palermo" klubunun futbolçusu Haytam Alisami Azərbaycan yığması ilə keçirəcəkləri 2018-ci il dünya çempionatının seçmə qrup matçından əvvəl mətbuat konfransında deyib. 26 yaşlı cinah oyunçusu sabahkı oyunda qələbəyə ümidli olduqlarını açıqlayıb:
"Kiçik zədəlilərin olmasına baxmayaraq, bütün futbolçular oyuna yüksək əhval-ruhiyyədə köklənib. Evdə oynadığımız üçün qələbəyə ümidliyik. İnanıram ki, bizdə hər hər şey alınacaq".
Qeyd edək ki, sentyabrın 1-də Oslodakı "Ullevaal" stadionunda keçiriləcək Norveç - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.