Türkiyə çempionu "Beşiktaş" almaniyalı futbolçusu Andreas Beklə yollarını ayırıb.
Sportarena.az xəbər verir ki, bu barədə "NTV Spor" məlumat yayıb. Xəbərdə qeyd olunur ki, İstanbul klubu 30 yaşlı müdafiəçini "Ştutqart"a satıb. Bu transfer üçün Almaniya klubu 2 milyon avro təzminat ödəyəcək.
Qeyd edək ki, A.Bek son iki mövsümdə "Beşiktaş"da 76 matçda 1 qol vurub, 5 qolun ötürməsini verib. Türkiyə klubu onu iki il əvvəl "Hoffenhaym"dan 1 milyon 750 min avroya qarşılığında transfer etmişdi.