Futbol üzrə Azərbaycan yığmasının yarımmüdafiəçisi Namiq Ələsgərov DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Sportarena.az xəbər verir ki, gənc futbolçu vətənə sərfəli nəticə ilə qayıtmaq istədiklərini bildirib:
"Məşqçimiz də qeyd edib ki, Norveç millisi hazırda çox yaxşı vəziyyətdədi. Ancaq biz də Azərbaycana yaxşı nəticəylə qayıtmaq üçün əlimizdən gələni etməyə çalışacağıq. Norveçin son oyunlarına, o cümlədən Çexiya ilə görüşünə baxmışıq. Rəqib son vaxtlar xeyli inkişaf edib. Ona görə də bizi çətin səfər qarşılaşması gözləyir".