“Lester”in yarımmüdafiəçisi Denni Drinkouter karyerasını “Çelsi”də davam etdirəcək.
Sportarena.az xəbər verir ki, bu barədə məlumatı London klubunun mətbuat xidməti yayıb. “Zadəganlar” 27 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə bağlayıb.
İngiltərə mətbuatında yer alan məlumata görə, “Çelsi” ingilis futbolçu üçün 38 milyon avro ödəyib.