Cavid Hüseynov 50-yə çatdı

11:57 2 Sentyabr 2017

Dünən DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən oyunda Azərbaycan yığması Norveç millisinin qonağı olub.

 

Sportarena.az xəbər verir ki, Oslodakı “Ulleval” stadionunda keçirilən görüşdə “Qəbələ”nin bir futbolçusu iştirak edib. Start heyətində yer alan Cavid Hüseynov 90 dəqiqə meydanda olub. Qarşılaşma Norveç yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb. 

 

Bu görüş Cavidin milli komandada yubiley - 50-ci matçı olub. Hüseynovun hesabında bu oyunlarda 2 qol var.


Digər xəbərlər

Xəbər xətti