"Roma" 4 qolla qalib gəldi - VİDEO

15:57 2 Sentyabr 2017

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Roma" yoxlama oyunu keçirib.

 

Sportarena.az xəbər verir ki, İtaliya təmsilçisi "Olimpiko" stadionunda "Şapekoense" ilə qarşılaşıb və 4:1 hesabı ilə qalib gəlib. Bu matçdan əldə olunan gəlir Braziliya klubuna verilib.

 

Qeyd edək ki, "Şapekoense"nin üzvlərini daşıyan təyyarə Kolumbiyanın Medelin şəhərində qəzaya uğrayıb. Qəza nəticəsində hava gəmisində olan 81 nəfərdən 77-si dünyasını dəyişib.

 

 


Digər xəbərlər

Xəbər xətti