UEFA PSJ barədə araşdırmaya başladı

16:35 2 Sentyabr 2017

UEFA Fransanın PSJ klubunun bu yay həyata keçirdiyi səs-küylü transferlərlə əlaqədar araşdırmaya başlayıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə qitə futbol qurumunun rəsmi saytında məlumat yayılıb. Qeyd olunur ki, Paris klubu maliyyə feyr-pley qaydalarını pozmaqda şübhəli bilinir. UEFA PSJ-nin bütün gəlir və xərcləri ilə bağlı sənədlərin yoxlanılacağını bəyan edib.

 

Qeyd edək ki, bu yay İspaniyanın "Barselona” klubundan rekord məbləğə - 222 milyon avroya braziliyalı Neymarı transfer edən PSJ daha sonra “Monako”dan Kilian Mbappeni icarə əsasında heyətinə qatdı. Bu isə dünya futbolunda birmənalı qarşılanmadı.

 

Bir neçə gün öncə UEFA prezidenti Aleksandr Çeferin maliyyə feyr-pleyinə əməl etməyən klubların sərt cəzalandırılacağını açıqlamışdı.


Digər xəbərlər

Xəbər xətti