Azərbaycan Premyer Liqasında yaranmış fasilədən istifadə edən "İnter" dünən yoxlama matçında qüvvəsini sınayıb.
Sportarena.az xəbər verir ki, elita təmsilçisi "İnter Arena"da Birinci Divizonda iştirak edən "Qaradağ Lökbatan"la qarşılaşıb. Altı qolun vurulduğu oyunda qalib müəyyənləşməyib - 3:3.
"İnter"in heyətində Pərdis Fərcad-Azad, Slavik Alxasov və Adrian Skarlatake fərqləniblər.