DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirilən Xorvatiya - Kosovo matçı yarımçıq dayandırılıb.
Sportarena.az xəbər verir ki, İ qrupunda yer alan komandaların qarşılaşmasının təxirə salınmasına səbəb hava şəraiti olub. Belə ki, matçın isveçli baş hakimi Stefan Yohanesson 24-cü dəqiqədə, hesab 0:0 olan zaman güclü yağışa görə oyunu dayandırmağa məcbur olub.
6 oyundan sonra hesabında 13 xal Xorvatiya bir pillə geriləyərək ikinci sıraya enib. Xorvatlardan bir oyun çox keçirmiş Ukrayna yığması Türkiyəni məğlub edərək (2:0) liderliyə yüksəlib. Kosovo isə 1 xalla sonuncu sıradadı.