Boksçumuz dünya çempionu oldu

11:40 3 Sentyabr 2017

Almaniyanın Hamburq şəhərində keçirilən boks üzrə dünya çempionatına yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, +91 kq çəkidə mübarizə aparan təmsilçimiz Məhəmmədrəsul Məcidov bu gün həlledici döyüşə çıxıb. Təmsilçimiz qazaxıstanlı Kamşibek Kunkabayevi 4:1 hesabıyla (29:28, 28:29, 29:28, 29:28, 29:28) məğlub edərək dünya çempionu olub.

 

Bu, Məcidovun karyerası ərzində 3-cü dünya çempionluğudu.


Digər xəbərlər

Xəbər xətti