Rusiya 1-ci divizionunda 11-ci turun oyunları keçirilib.
Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçu Samir Məsimovun formasını geyindiyi "Fakel" də növbəti matçına çıxıb. Voronej təmsilçisi səfərdə Sankt-Peterburq "Zenit"inin ikinci komandası ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 1:4. Samir də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 82-ci dəqiqəsində meydana çıxıb.
"Fakel" geridə qalan turlarda topladığı 8 xalla 20 klub arasında 18-ci pillədə qərarlaşıb.