Simonçini: "Azərbaycanla oyunda əlimizdən gələni edəcəyik"

20:46 3 Sentyabr 2017

DÇ-2018-in seçmə mərhələsində sabah Azərbaycan millisi ilə qarşılaşacaq San Marino yığmasının qapıçısı Aldo Simonçini oyunöncəsi mətbuat konfransında iştirak edib.

 

Sportarena.az xəbər verir ki, qolkiper öncə matçla bağlı fikirlərini bildirib:

 

“Şimali İrandiyaya qaşı 70 dəqiqə qol buraxmamağımızın özü də böyük şeydi. Əlbəttə, 0:3 hesablı məğlubiyyətlə razı deyilik. Lakin gələn oyunlarda daha da inkişaf etməyə çalışacağıq. Azərbaycanla oyunda da əlimizdən gələni edəcəyik”.

 

Simonçini “Azərbaycan millisində çəkindiyiniz oyunçu var” sualına belə cavab verib:

 

“Azərbaycan millisinin oyunçuları barədə elə də məlumatım yoxdu. Ancaq qapıçılar rəqibin kimliyindən asılı olmayaraq, istənilən futbolçuya qarşı ehtiyatlı olmalıdılar. Azərbaycan millisinə qarşı cəmi bir oyun keçirmişik. Buna görə, rəqib barədə elə də məlumatım yoxdu”.


Digər xəbərlər

Xəbər xətti